Yol polisinin köhnə videosunu yayıb sürücüləri çaşdırdılar - VİDEO

Yol polisi 10 Dekabr 2018 15:22 Oxunub 1581
Yol polisinin köhnə videosunu yayıb sürücüləri çaşdırdılar - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DYP yayılan xəbərlərə cavab verdi

Baş Dövlət Yol Polisi İdarəsi son günlər sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində yol polisinin gizli xidmət aparması və bu məqsədlə onlara bütün texnikalarla təchiz edilmiş mülki avtomobillərin verilməsi məsələsinə münasibət bildirib.

İdarədən Avtosfer.az-ın sorğusuna cavab olaraq qeyd olunub ki, həmin görüntülər 4 il bundan əvvəl efirə gedib: “Hansı ki, həmin vaxt yol patrul xidməti haqqında təlimat və yol hərəkəti haqqında qanunla yol polisinin gizli xidmət aparmasına icazə verilirdi. 2017-ci ildə isə yol hərəkəti haqqında qanuna dəyişiklik və yuxarıda adı sadalanan təlimata edilən dəyişikliklərdən sonra ölkədə yol patrul xidməti əməkdaşlarının gizli şəkildə xidmət aparması ləğv edilib. BDYPİ bu cür məlumatlar yayan KİV-lərə xəbərdarlıq edir və tövsiyə edir ki, bu tip məlumatları yaymamışdan əvvəl aidiyyəti orqanlarla dəqiqləşmələr aparılsın. Sürücülərin diqqətinə bir daha çatdırılır ki, azərbaycanda YPX qanunvericilik çərçivəsində aşkar şəkildə xidmət aparıla bilər. Digər şəkildə xidmət aparılmasına yol verilmir. Heç bir narahatlığa ehtiyac yoxdur”.

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh