İşdən çıxarılan rəis müavininə vəzifə verildi

Gündəm 10 Dekabr 2018 15:26 Oxunub 617
İşdən çıxarılan rəis müavininə vəzifə verildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ramil Usubovun müvafiq əmri ilə

Daxili işlər naziri Ramil Usubov işdən çıxarılan rəis müavininə vəzifə verib. Avtosfer.az Unikal.org-a istinadən xəbər verir ki, Ramil Usubovun müvafiq əmri ilə Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı Əfqan Qurbanov Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) Pasport və Qeydiyyat şöbəsinə rəis təyin edilib. Xəbəri Daxili İşlər Nazirliyindən təsdiqləyiblər. Qeyd edək ki, bir neçə gün öncə Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) rəis müavinləri - şəxsi heyətlə iş üzrə köməkçi, rəis müavini polis polkovnik-leytenantı Ərşad Əhmədov, xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı Əfqan Qurbanov tutduqları vəzifədən azad edilmişdi.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh