Həyat yoldaşının qohumuna təcavüz etməkdə təqsirləndirilən şəxsə bəraət verilib

Gündəm 10 Dekabr 2018 15:31 Oxunub 686
Həyat yoldaşının qohumuna təcavüz etməkdə təqsirləndirilən şəxsə bəraət verilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məhkəmə M.Bayramovun barəsində bəraət hökmü çıxarıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşının qohumuna təcavüz etməkdə təqsirləndirilən Məftun Bayramovun cinayət işi üzrə məhkəmə başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmə M.Bayramovun barəsində bəraət hökmü çıxarıb və o, məhkəmə zalında azadlığa buraxılıb.

Qeyd edək ki, Baş Prokuroluğun yaydığı məlumata əsasən, Sumqayıt şəhər sakini, 1996-cı il təvəllüdlü Gülçin Məmmədlinin (ad, soyad şərtidir) köməksiz vəziyyətindən istifadə etməklə qohumu – Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Məftun Bayramov tərəfindən 2015-ci ilin sentyabrından 2016-cı ilin noyabr ayınadək olan müddətdə mütəmadi olaraq Bakı və Sumqayıt şəhərlərində zorlanması və seksual xarakterli digər zorakılıq hərəkətlərinə məruz qalması faktına görə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 149.1 (zorlama) və 150.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri) maddələri ilə cinayət işi başlanıb. Daha sonra M.Bayramov həbs edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh