Şabranda 41 yaşlı kişi intihara cəhd edib

Gündəm 10 Dekabr 2018 16:06 Oxunub 1077
Şabranda 41 yaşlı kişi intihara cəhd edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Şabran rayonunda intihara cəhd olub. Avtosfer.az-ın "Report"a istinadən verdiyi məlumata görə, hadisə "Beş sotlar" adlanan ərazidə qeydə alınıb. Belə ki, rayon sakini, 1977-ci il təvəllüdlü N.Q. özünü yaşadığı evdə asaraq intihar etmək istəyib. Bu zaman onu asılı vəziyyətdə görən ana oğlunu xilas edib. N.Q. xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh