“Formula-1” Azərbaycan Qran-Prisi üçün marşal axtarılır

Yarışma 10 Dekabr 2018 21:28 Oxunub 1377
“Formula-1” Azərbaycan Qran-Prisi üçün marşal axtarılır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər gün saat 09:00-22:00 aralığında fəaliyyət göstərən BMM hər bir kəsin müraciətini qəbul etməyə hazırdır

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) nəzdində fəaliyyət göstərən Bakı Marşal Klubunda (BMK) 26-28 aprel 2019-cu il tarixlərində keçiriləcək “Formula-1” Azərbaycan Qran-Prisinin Marşal Proqramına qeydiyyat prosesi davam edir. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hər gün saat 09:00-22:00 aralığında fəaliyyət göstərən Bakı Marşal Mərkəzi (BMM) Qran-Pri Marşalı olmağı arzulayan hər bir kəsin müraciətini qəbul etməyə hazırdır. Bir çox qəza və toqquşmalar nəticəsində olduqca gərgin keçən ötən yarış həftəsonunun BŞH üçün Marşalların dünya standartlarına uyğun fəaliyyət göstərmələri baxımından da kifayət qədər uğurlu keçdiyini deyə bilərik. Belə ki, yarış zamanı BŞH Marşalları kütləvi qlobal televiziya auditoriyası qarşısında özlərini itirmədən, maksimum effektiv şəkildə, ən az altmış dəfə trekə daxil olaraq öz işlərini layiqincə yerin yetirdilər. Ötən il yarış nə qədər uğurlu keçsə də, BŞH komandası daimi olaraq müsbət dəyişikliklər edilməsi və marşal fəaliyyətinin daha da təkmilləşdirilməsinə çalışır. Bunun üçün isə BŞH 2019-cu ildə keçiriləcək F1 yarışı üçün proqrama 300 nəfər yeni marşalın qəbul olunmasını hədəfləyir. Ümumilikdə isə, Marşal Proqramına 1100 nəfər yerli, 140 nəfər xarici vətəndaşın qəbul olunması planlaşdırılır. Müraciət prosesindən uğurla keçən şəxslər üçün təlimlərin 1 fevral 2019-cu il tarixində başlaması nəzərdə tutulub. Kampaniyanın keçirilməsində əsas məqsəd bu möhtəşəm idman tədbirinə yüksək səviyyədə hazırlaşmaq və insanlar üçün yarışın uğurla başa çatmasına töhfə vermək fürsəti təmin etməkdir. Qeyd edək ki, yaşayış yerindən asılı olmayaraq, 21 yaşdan yuxarı hər kəs bu proqrama qoşula bilər. Proqrama cəlb olunmuş marşallar 2019 “Formula-1” Azərbaycan Qran-Prisinin əvəzolunmaz bir hissəsi olmaq və eyni zamanda “Formula-1” yarışının həyəcanını trekə ən yaxın yerdən yaşamaq imkanına sahib olacaqlar. “Formula-1” yarış həftəsonunu uğurla başa çatdıran hər bir marşala Azərbaycan Avtomobil Federasiyasının təqdim etdiyi, Beynəlxalq Avtomobil Federasiyası (FIA) tərəfindən təsdiq olunmuş beynəlxalq lisenziyalı sertifikat təqdim olunacaq. Beynəlxalq lisenziya marşallara təkcə Azərbaycanda deyil, “Formula-1” Qran-Prisinə ev sahibliyi edən digər ölkələrdə keçiriləcək yarışlara qatılmaq hüququ verəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh