Dəmir yolu yaxınlığındakı yol nişanı sürücüləri çaş-baş salıb - VİDEO

Yazarlar 10 Dekabr 2018 21:01 Oxunub 3048
Dəmir yolu yaxınlığındakı yol nişanı sürücüləri çaş-baş salıb - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sumqayıt şəhər yol pölisi şöbəsindən bildirildi ki, sürücülərin şikayəti əsassızdır

Bakı-Quba yolunun Sumqayıtdan keçən hissəsində quraşdırılan sürət nişanı sürücüləri çaş-baş salıb. Yolda sürət həddi 70 yazılan ərazinin yaxınlığında dəmir yolu var. Odur ki, sürücülər həmin ərazini 20 ilə keçmək məcburiyyətində qalırlar. Həmin yolda "Ötmə əməliyyatı qadağandır" işarəsi qoyulsa da, yerdə qırıq xətlərin olması sürücüləri çaş baş salıb. Məsələ ilə bağlı Sumqayıt şəhər yol pölisi şöbəsindən bildirildi ki, sürücülərin şikayəti əsassızdır. Ərazidə quraşdırlan yol nişanı tam qanuna uyğundur. Həmin məkana 70 sürəti quraşdırılsa da qarşıda dəmir yol xəttinin olmasını bildirən işarələr vurulub. Yəni yol hərəkəti qaydalarını bilən sürücü bu işarədə heç bir qanun pozuntusunun olmadığını bilməlidir. Odur ki, həmin magistral yoldan istifadə edən sürücülər ərazidən keçərkən daha diqqətli olsunlar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh