Sumqayıt yolunda işıq lampalarını oğurlayanlar kameraya düşdü – VİDEO

Xəbərlər 17 Fevral 2015 15:15 Oxunub 2118
Sumqayıt yolunda işıq lampalarını oğurlayanlar kameraya düşdü – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İcra hakimiyyətinin quraşdırdığı lampaları sökənlər avtomobildəki kamera vasitəsilə qeydə alınıb

Dünən gecə yarısı Bakı-Sumqayıt yolunun Xırdalan qəbristanlığının yanından keçən hiisəsində yol kənarında baş verən oğurluq hadisəsi kameraya düşüb. Yoldan keçən sürücülərdən birinin Avtosfer.az-a göndərdiyi videodan məlum olur ki, gecə saat 00:07 radələrində qəbristanlıqla üzbəüz yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığında iki naməlum şəxs işıq lampalarını söküb oğurlayır. Avtomobilin videoqeydiyyat cihazının çəkdiyi videokadrlardan görünür ki, artıq bir neçə lampanı söksələr də, prosesi davam etdirirlər.

Qeyd edək ki, Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən Sumqayıt yolunun kənarında yaradılan təpəciklər yaşıllaşdırılıb və həmin işıq lampaları da təpəcikləri işıqlandırmaq üçün quraşdırılıb.

Avtosfer.az həmin videonu təqdim edir.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh