Məşhur “pəhləvan” kenquru öldü – FOTO + VİDEO

Gündəm 11 Dekabr 2018 23:55 Oxunub 5317
Məşhur “pəhləvan” kenquru öldü – FOTO + VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kenqurular nadir hallarda 12 ildən çox yaşayır

Dünyada məşhur olan kenquru Rocer 13 yaşında ölüb. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Avstraliyanın əsas simvollarından olan enlikürək kenqurunun ölkədə anım mərasimi keçirilib. Təbiətşünas Kris Barnsın dediyinə görə, kenqurular nadir hallarda 12 ildən çox yaşayır.

View image on Twitter

Məhz K. Barns 2006-cı ildə Roceri maşının vurduğu ana-kenqurunun bətnindən çıxararaq xilas edib. Sonradan o, “The Kangaroo Sanctuary” adlı sığınacağın yaradılmasında iştirak edib. Hazırda bu sığınacaqda 50-dən çox heyvan saxlanılır.

“Pəhləvan” Rocer dünya şöhrətini 2015-ci ildə qazanıb. Onun əlləri ilə alüminium vedrəni əzməsini əks etdirən videosu və əzələli bədəninin təsvir olunduğu fotoşəkillər sosial şəbəkələrdə geniş yayılıb. Rocerin boyu iki metr, çəkisi 90 kiloqram olub. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh