102 yaşlı qadın paraşütlə tullanıb - FOTO

Gündəm 11 Dekabr 2018 23:42 Oxunub 735
102 yaşlı qadın paraşütlə tullanıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onun bu cəsarətli hərəkətinin məqsədi motoneyron xəstəliyinin tədqiqi ilə bağlı vəsaitin toplanmasıdır

Avstraliya sakini 102 yaşlı İren О'Şia paraşütlə tullanıb. Bununla da o, dünyanın ən yaşlı paraşütlə tullanan qadını rekorduna imza atıb. Avtosfer.az Azərtac-a istinadən bildirir ki, bu barədə dekabrın 10-da "Dailly Mail" nəşri məlumat yayıb. Yerə endikdən sonra o, özünü yaxşı hiss etdiyini bildirib. Məlumatda qeyd edilir ki, Lenqhorn-Krikdən tullanış İ.О'Şianın sayca üçüncü cəhdidir. İlk dəfə onun 2016-cı ildə, 100 yaşı tamam olarkən 4 min metr yüksəklikdən tullandığı bildirilir. Qadının sözlərinə görə, onun bu cəsarətli hərəkətinin məqsədi motoneyron xəstəliyinin tədqiqi ilə bağlı vəsaitin toplanmasıdır. Məsələ burasındadır ki, əsəb sisteminin neyronlarını sıradan çıxaran həmin xəstəlik nəticəsində İ.О'Şianın qızı 67 yaşında dünyasını dəyişib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh