Tailand kralı X Rama 39 kilometrlik velosiped yürüşünün önündə gedib

Gündəm 11 Dekabr 2018 23:21 Oxunub 606
Tailand kralı X Rama 39 kilometrlik velosiped yürüşünün önündə gedib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tacqoyma mərasiminin 2019-cu ildə parlament seçkilərindən sonra keçirilməsi nəzərdə tutulur

Tailand kralı Maxa Vatçiralonqkon (X Rama) dekabrın 9-da axşam saatlarında Banqkokun tarixi hissəsində yerləşən Dusit sarayının qarşısındakı Kral meydanında "Un Ay Rak" (İsti və Məhəbbət) qış yarmarkasının açılışı münasibətilə təşkil olunan 39 kilometrlik velosiped yürüşünə başçılıq edib. Avtosfer.az Azərtac-a istinadən bildirir ki, "Bangkok Post" qəzetinin yaydığı məlumata görə, X Rama Kral meydanından Samutprakan vilayətindəki Lat Pxo parkına qədər çoxminlik velosipedçilər dəstəsinin önündə gedib. Banqkokda yanvarın 19-dək davam edəcək "Un Ay Rak" yarmarkası ilə bağlı ölkənin müxtəlif vilayətlərində keçirilən veloyürüşlərə ümumilikdə yüz minlərlə insan qatılıb. Tailandın 66 yaşlı kralı Maxa Vatçiralonqkon Bodintharathepphayaranqkun (X Rama) ölkəyə 70 il (1946-2016) rəhbərlik edən atası kral Phumiphon Adulyadetin vəfatından sonra 2016-cı ildə taxta çıxıb. Matəmlə əlaqədar təxirə salınan tacqoyma mərasiminin 2019-cu ildə parlament seçkilərindən sonra keçirilməsi nəzərdə tutulur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh