ABŞ-da dörd nəfər qar çovğununun qurbanı olub

Gündəm 11 Dekabr 2018 07:07 Oxunub 783
ABŞ-da dörd nəfər qar çovğununun qurbanı olub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Evdə qalın. Milad bayramı üçün hədiyyələr hazırlayın"

ABŞ-ın Şimali Karolina ştatında baş vermiş qar fırtınası nəticəsində dörd nəfər ölüb. Avtosfer.az xəbər verir ki, bu barədə "Report" NBC-yə istinadən məlumat verir. ABŞ-ın Milli Meteorologiya Xidmətinin məlumatına görə, bəzi ərazilərdə qarın qalınlığı 60 sm-i keçib. Əlverişsiz hava şəraiti ilə bağlı yollarda hərəkət iflic olub. Bildirilir ki, 500-ə yaxın yol-nəqliyyat hadisəsi baş verib. Şimali Karolina ştatının hakimiyyət orqanları sakinlərə səfərə çıxmamağı məsləhət görüblər. "Evdə qalın. Milad bayramı üçün hədiyyələr hazırlayın, yolkaları bəzəyin və futbola baxın", - deyə ştatın qubernatoru Roy Kuper özünün "Twitter" səhifəsində yazıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh