Taksidə siqaret çəkənlər cərimələnəcək – RƏSMİ

Gündəm 11 Dekabr 2018 10:29 Oxunub 724
Taksidə siqaret çəkənlər cərimələnəcək – RƏSMİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu gündən qanun qüvvəyə minib

Avtomobildə tütündən istifadə ilə bağlı bəzi yeni cərimələr bu gündən rəsmi hüquqi qüvvə alıb. Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

Məcəllənin 322-ci (Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarının pozulması) maddəsinin 0.4-cü bəndinə əsasən, müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusda siqaret çəkilməsinə 40 manatdan 50 manatadək məbləğdə cərimə edilir. Bu cərimə sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitəsində və taksi minik avtomobilində tütün çəkənlərə də tətbiq olunacaq. Qanun qüvvəyə minib.

Qeyd edək ki,  oktyabrın 1-də Milli Məclis ictimai nəqliyyatda siqaret çəkməyin qadağan edilməsi barədə qanun layihəsi qəbul edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh