Avtomobildən pirotexniki vasitələr aşkarlanıb - FOTO

Gündəm 11 Dekabr 2018 23:01 Oxunub 615
Avtomobildən pirotexniki vasitələr aşkarlanıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Vaz 21063" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib. Komitədən Avtosfer.az-a verilən məlumata görə, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin sol tərəfinin ön və arxa qapılarından, ön tərəfin sağ və sol qanadlarının altından üzərində "Zenga" yazısı olan 1 140 ədəd pirotexniki vasitə aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

 

Namiq

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh