Sabah bəzi marşrut xətlərinin trayektoriyası dəyişdiriləcək

Gündəm 11 Dekabr 2018 10:43 Oxunub 537
Sabah bəzi marşrut xətlərinin trayektoriyası dəyişdiriləcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtobuslar alternativ küçə və prospektlərdən keçməklə hərəkət edəcək

12 dekabr Ümummilli lider Heydər Əliyevin xatirəsinin yad edilməsi məqsədilə Parlament prospekti Fəxri Xiyaban istiqamətində, eləcə də digər ətraf küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq. Avtosfer.az-ın Bakı Nəqliyyat Agentliyindən verilən məlumatda deyilir ki, qeyd edilən küçə və prospektlərdən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyası da səhər saatlarından tədbir tam başa çatana qədər dəyişdiriləcək. Sərnişin avtobusları digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə hərəkət edəcək.

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh