Qubada 19 yaşlı gənc itkin düşüb

Gündəm 11 Dekabr 2018 10:56 Oxunub 618
Qubada 19 yaşlı gənc itkin düşüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şəkildə gördüyünüz gənci tanıyanlardan bu nömrələrə zəng vurmaları xahiş olunur

Qubada 19 yaşlı gənc itkin düşüb. DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Quba rayonunun Aşağı Atuc kənd sakini, 19 yaşlı Elmar Məmmədov dekabr ayının 7-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Elmar Məmmədovun əlamətləri belədir: Boyu 180-185 sm., orta bədən quruluşlu, ağbəniz və uzunsov sifətli, saçlarının rəngi şabalıdı, sol qolunun bilək nayihəsində əməliyyat izləri var. Evdən çıxan zaman onun əynində qara rəngli qış gödəkcəsi və qara rəngli qış ayaqqabıları olub.

Şəkildə gördüyünüz gənci tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Quba Rayon Polis Şöbəsinə 02333-5-35-11; 02333-5-43-02 şəhər nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh