Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satanlar cərimələnib

Gündəm 11 Dekabr 2018 11:10 Oxunub 666
Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satanlar cərimələnib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
​Bu istiqamətdə reydlər davam etdirilir

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

​DİN Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, dekabrın 10-da Nazirliyin Baş İctimai Təhlükəsizlik, Xəzər və Yasamal Rayon Polis idarələrinin əməkdaşları qeyd olunan rayonlar ərazisində birgə tədbirlər keçiriblər.

Reydlər nəticəsində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində və Yasamal rayonu Landau küçəsindəki köşklərdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları aşkar edilmişdir. Həmin köşklərin 4 satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokollar tərtib olunmuş və hər biri 100 manat cərimə olunmuşlar.

​Bu istiqamətdə reydlər davam etdirilir.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh