"Çirkinsən" sözündən bezən qız özünü asdı - FOTO

Gündəm 11 Dekabr 2018 22:48 Oxunub 1058
"Çirkinsən" sözündən bezən qız özünü asdı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır

9 yaşlı məktəbli canına qəsd edib. Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, ABŞ-ın Alabama ştatında 9 yaşlı qara dərili qız özünü öldürüb. McKenzie Adams adlı uşaq dekabr ayının 3-də, Linden şəhərindəki evində özünü asıb. Onun cəsədini nənəsi tapıb.

Qohumlarının dediyinə görə "US Jones" məktəbində təhsil alan qız sinif yoldaşlarının təzyiqinə məruz qaldığına görə intihar edib. Onun intiharına səbəb kimi irqi ayrıseçkilik göstərilib. Qızın xalası Eddwina Harris ifadəsində bildirib ki, sinif yoldaşları onu daima dərisinin rənginə görə ələ salıb, "eybəcər", "çirkin", kimi sözlər deyiblər. Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh