Azərbaycanda terrora cəhd edən erməni diversantın məhkəməsi keçirilir

Gündəm 11 Dekabr 2018 13:45 Oxunub 943
Azərbaycanda terrora cəhd edən erməni diversantın məhkəməsi keçirilir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Prosesə hakim Kəramət Əliyev sədrlik edir

Gəncə Ağır Cinayətlər Məhkəməsində erməni diversant Karen Armeni Kazaryanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilir. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, prosesə hakim Kəramət Əliyev sədrlik edir. Qeyd edək ki, erməni diversant Karen Armeni Kazaryan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin həyat və sağlamlıq əleyhinə olan cinayətlər (120-143) - 120.2.12; 120.2.7; 120.2.11; 120.2.5; 120.2.1; İqtisadi fəaliyyət sahəsində olan cinayətlər (190-213) - 206.3.2; İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər (214-233) - 214.2.1; 228.1; 214-3.1; 214.2.3; Dövlətin Konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə olan cinayətlər (274-285) - 282.1; 276; İdarəetmə qaydası əleyhinə olan cinayətlərdə (315-326) - 318.2 maddələrində təqsirli bilinir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh