Hərbçilərin maşın karvanına çırpılan avtomobil partladı: 6 ölü

Gündəm 11 Dekabr 2018 14:01 Oxunub 577
Hərbçilərin maşın karvanına çırpılan avtomobil partladı: 6 ölü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hələlik heç bir qruplaşma hadisəyə görə məsuliyyəti üzərinə götürməyib

Əfqanıstanın paytaxtı Kabil şəhərinin kənarında törədilən partlayış nəticəsində ölənlərin sayı 6-ya çatıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin sözçüsü Nəcib Daniş terrorçuların hədəfində hərbçiləri daşıyan avtomobil olduğunu diqqətə çatdırıb.

*** 11:28

Əfqanıstan Kəşfiyyat Xidmətinin 4 əməkdaşı Kabil yaxınlığında törədilən partlayış nəticəsində ölüb. Bu barədə "Tolo News" məlumat verir. Daha 6 nəfərin yaralanması ilə nəticələnən hücum paytaxt Kabilin Paqman mahalında baş verib. İlkin məlumatlara görə, hərbçilərin maşın karvanına çırpılan avtomobil partlayıb. Partlayıcı qurğu terrorçu kamikadzenin idarə etdiyi avtomobildə olub. Hələlik heç bir qruplaşma hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh