Bakıda “BMW” yandı, “BakuBus”-ın sürücüsü söndürdü - VİDEO

Avtosfer TV 11 Dekabr 2018 14:05 Oxunub 2192
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yanğınsöndürənlər gələnə kimi “BakuBus” əməkdaşları alovun qarşısını ala biliblər

Bu gün günorta saatlarında Mikayıl Müşfiq küçəsində “BMW” markalı, 99 MR 036 dövlət nömrə nişanlı avtomobil hərəkətdə olan zaman yanıb. Avtosfer.az-ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, yanğın Nərimanov heykəlinin yanında başlayıb, digər sürücülər avtomobilin sürücüsünə xəbərdarlıq edib, lakin sürücü hərəkəti davam etdirərək bir qədər yuxarıda dayanıb. Artıq avtomobilin mühərrik hissəsində başlayan yanğın bir anda genişlənməyə başlayıb. Sürücü avtomobildə yanğınsöndürən olmadığını deyərək kənarda dayanıb maşının yanmasını seyr edərkən əks istiqamətdə hərəkətdə olan “BakuBus” MMC-yə məxsus avtobusdan düşən sürücü və digər əməkdaş köməyə gəliblər. Onlardan biri yanğınsöndürən balonu işə salaraq alovun genişlənməsinin qarşısını alıb. Bir neçə dəqiqə ərzində “BakuBus” sürücüsü özünü təhlükəyə ataraq yanğının genişlənməsinə imkan verməyib. Yanğınsöndürənlər hadisə yerinə gələndən sonra “BakuBus” əməkdaşları oranı tərk ediblər.
Həmin görüntüləri təqdim edirik:

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh