Sürücülər dumana düşdü – Yol polisi onları müşaiyət etdi- VİDEO

Yol polisi 11 Dekabr 2018 14:14 Oxunub 1559
Sürücülər dumana düşdü – Yol polisi onları müşaiyət etdi- VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DYP əməkdaşları sürücüləri təhükəsiz əraziyə çıxarıblar

Bu gün səhər saatlarında Saatlı-Sabirabad rayonu istiqamətində müşahidə olunan qatı duman yolda hərəkətdə olan sürücülərə çətin anlar yaşadıb. Avtosfer-az-ın məlumatına görə, görüntünün məhdud olduğunu nəzərə alan Baş DYPİ-nin Yol-Patrul Xidməti Alayının 12-ci tağımının rəhbərliyi avtomobillərin stasionar postda saxlanılması barədə göstəriş verib. Hər iki istiqamət üzrə hərəkətdə olan maşınlar postda saxlanılıb. Az sonra isə onlar DYP avtomobillərinin müşaiyəti ilə təhlükəsiz əraziyə çıxarılıblar.

Patrul maşınları yük və minik avtomobillərini qrup halında həm Bakı, həm də əks istiqamətdə təxminən 2 saata yaxın müşaiyət etməli olublar. Sürücülər isə yol polisinin onlara göstərdiyi qayğını yüksək qiymətləndirib, onlara təşəkkür ediblər.
Avtosfer.az həmin görüntüləri təqdim edir:

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh