Dairəvi yolla mərkəzi birləşdirəcək yeni layihə - FOTO

Gündəm 11 Dekabr 2018 14:33 Oxunub 1042
Dairəvi yolla mərkəzi birləşdirəcək yeni layihə - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Hazırda yolun 160 metrlik hissəsində istinad divarları tikilir”

Bakı Dairəvi yolu ilə Abbas Mirzə Şərifzadə küçəsini birləşdirəcək yeni çəkilən yolda işlər yekunlaşmaq üzrədir. Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli deyib. Şöbə rəisinin sözlərinə görə, yolun tikintisi ilə bağlı 100-ə yaxın ev və qeyri-yaşayış obyekti sökülüb: “Hazırda yolun 160 metrlik hissəsində istinad divarları tikilir. Ümumilikdə yolun uzunluğu 1,3 kilometr, eni isə 18,5 metrdir. Yol tikintisi ilə əlaqədar 91 maneə aradan qaldırılıb. Bunlar yaşayış, qeyri-yaşayış və torpaq sahələridir. Həmin əmlakların sökülməsi müqabilində sakinlərə kompensasiya ödənilib”. A.Nəcəflinin sözlərinə görə, layihə çərçivəsində ərazidə olan kommunikasiya xətləri də yenilənib: “Həmin ərazidə kommunikasiya xətlərində problemlər var idi. Layihə çərçivəsində bütün kanalizasiya, su, rabitə və qaz xətləri yenilənib. Elektrik xətləri isə tam olaraq dəyişdirilib, ərazidə 4 ədəd transformator tikilib”. Qeyd edək ki, Yasamal bazarı da yeni salınacaq avtomobil yolu ilə əlaqədar sökülüb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh