Bakıda qadın piyadanı vuran yük maşınının sürücüsü saxlanılıb

Gündəm 11 Dekabr 2018 15:00 Oxunub 586
Bakıda qadın piyadanı vuran yük maşınının sürücüsü saxlanılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır

Bakıda qadın piyadanı vuraraq hadisə yerindən qaçan yük maşınının sürücüsü saxlanılıb.  Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.  Belə ki, dekabrın 8-də saat 21 radələrində Binəqədi rayonunun Xocasən qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə Bakı şəhər sakini Leyla Şıxməmmədova vurulub. Qadına xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Binəqədi rayon Polis idarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “MAZ” markalı avtomobilin sürücüsü, paytaxt sakini Vüqar Şirinov saxlanılıb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh