Avtomobildən 66 kiloqram metamfetamin çıxdı

Gündəm 11 Dekabr 2018 22:08 Oxunub 715
Avtomobildən 66 kiloqram metamfetamin çıxdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə məşğul olan dəstənin 7 üzvü saxlanılıb

Çin polisinin Yunnan vilayətində keçirdiyi əməliyyat nəticəsində narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə məşğul olan dəstənin 7 üzvü saxlanılıb. Onlardan 66 kiloqram metamfetamin maddəsi müsadirə olunub. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, polisə Myanma ilə sərhəddə yerləşən Linçan şəhərində narkotik vasitələrin ticarəti ilə məşğul olan dəstənin növbəti alqı-satqı həyata keçirəcəyi barədə məlumat daxil olub. Keçirilmiş əməliyyat nəticəsində avtomobildə gizlədilmiş 66 kiloqram metamfetamin aşkar edilərək götürülüb. Qeyd edək ki, Vyetnam, Laos və Myanma ilə sərhəddə yerləşən Yunnan vilayətində narkotik vasitələrin qeyri-qanuni ticarəti hallarına tez-tez rast gəlinir. Narkotacirlər qeyd olunan ölkələrdən narkotik vasitələrini Yunnan vilayəti vasitəsilə Çinə gətirməyə cəhd edirlər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh