Prokuror qardaşı arvadının üzərinə benzin tökərək yandıran şəxsə cəza istəyib

Gündəm 11 Dekabr 2018 16:01 Oxunub 640
Prokuror qardaşı arvadının üzərinə benzin tökərək yandıran şəxsə cəza istəyib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məhkəmənin növbəti iclası dekabrın 18-nə təyin edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən İlkin Əsgərovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb. Prokuror çıxışında İ.Əsgərovun 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmənin növbəti iclası dekabrın 18-nə təyin edilib. Qeyd edək ki, hadisə Sabunçu rayonunda baş verib. İ.Əsgərovla qardaşı arvadı Xatirə Əsgərova ilə aralarında mübahisə yaranıb. Nəticədə o, qadının üzərinə benzin tökərək yandırıb. X.Əsgərova aldığı xəsarətlərdən hadisə yerində keçinib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh