DTX-nın şəxsi heyəti ulu öndər Heydər Əliyevin xatirəsini yad edib – FOTO

Gündəm 11 Dekabr 2018 20:15 Oxunub 679
DTX-nın şəxsi heyəti ulu öndər Heydər Əliyevin xatirəsini yad edib – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olunub

Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şəxsi heyəti Fəxri xiyabana gedərək ulu öndər Heydər Əliyevin xatirəsini yad edib. Avtosfer.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyev, Xidmətin əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları, DTX-nin N saylı hərbi hissəsinin zabit və əsgərləri Fəxri xiyabanda ulu öndərin məzarı önünə əklil qoydular, xatirəsinə ehtiramlarını bildiriblər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olunub.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan təhlükəsizlik orqanlarının inkişafında da mühüm xidmətləri var. Hələ sovet dövründə bu xidmətdə milliləşmə siyasətinin aparılmasında dahi şəxsiyyətin rolu böyükdür. Ulu öndərin əsasını qoyduğu şanlı məktəbin ənənələrini qürur və şərəflə yaşadan DTX-nin şəxsi heyəti müstəqilliyimizin və dövlətçiliyimizin etibarlı qorunması işini əzmlə davam etdirir və Xidmətin hər bir əməkdaşı bununla fəxr edir. Bu gün xalqımız qəti əmindir ki, Heydər Əliyev kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcəyə daha da inamla addımlayan ölkəmiz yeni-yeni uğurlara imza atacaq və Azərbaycan əsgəri qarşısına qoyulan istənilən tapşırığı yüksək səviyyədə yerinə yetirməyə qadirdir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh