Ucarda dumanlı hava şəraiti qəzaya səbəb olub - VİDEO

Qəzalar 11 Dekabr 2018 20:08 Oxunub 695
Ucarda dumanlı hava şəraiti qəzaya səbəb olub - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Ucar rayonunda yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Bakı-Qazax yolunun rayonun Bağırbəyli kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, Bakı şəhər sakini, 27 yaşlı Fərman Ramiz oğlu Baxışovun idarə etdiyi "Renault" və Ucar rayon sakini, 47 yaşlı İxtiyar Əjdər oğlu Hümətovun idarə etdiyi "VAZ-2104" markalı avtomobillər toqquşub. Qəza nəticəsində sürücülər ağır xəsarət almasalar da, hər iki maşına ziyan dəyib. Hadisəyə dumanlı hava şəraitinin səbəb olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh