Keçmiş yeznəsini öldürmək istəyən şəxsin apellyasiya şikayəti təmin edilməyib

Gündəm 11 Dekabr 2018 19:50 Oxunub 546
Keçmiş yeznəsini öldürmək istəyən şəxsin apellyasiya şikayəti təmin edilməyib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hakim İsmayıl Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub

Şirvan Apellyasiya Məhkəməsində keçmiş yeznəsini öldürməyə cəhddə təqsirləndirilən Asəf Həsənlinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim İsmayıl Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, A.Həsənlinin apellyasiya şikayəti təmin edilməyib. İttiham aktına əsasən, hadisə 2017-ci ildə Beyləqan rayonunda baş verib. A.Həsənli mübahisə zəminində keçmiş yeznəsi Nurəli Kərimovu bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. Polis əməkdaşları tərəfindən saxlanılan A.Həsənlinin barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb. O, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum və zərərçəkmiş apellyasiya şikayəti veriblər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh