Polis rəisi öldürüldü: 2 nəfər yaralanıb - FOTO

Gündəm 11 Dekabr 2018 20:27 Oxunub 971
Polis rəisi öldürüldü: 2 nəfər yaralanıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisəni törətməkdə şübhəli bilinən polis əməkdaşı tutulub

Türkiyənin Rize şəhər Polis idarəsinin rəisi Altuğ Verdinin qətlə yetirilməsinin səbəbi məlum olub. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisəyə səbəb təyinatdır. Belə ki, Derepazar rayon Polis şöbəsinin məmuru İ.S. polis rəisi Altuğ Verdi ilə görüşmək üçün əyalət mərkəzinə gedib. O, görüşə girərkən xidməti silahı və mobil telefonunu təhlükəsizlik xidmətinə təhvil verib. Onlar görüşdükdən sonra polis məmuru oradan aralanıb. Telefonu və silahını geri aldıqdan sonra qaça-qaça Altuğ Verdinin kabinetinə girərək rəisini, şəxsi heyət komandiri Ercan Polatı və mühafizə xidmətinin əməkdaşı Yigit Can Köksalı güllələyərək yaralayıb. Yaralılar xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, polis rəisinin həyatını xilas etmək mümkün olmayıb. Digərlərinin vəziyyətinin yaxşı olduğu bildirilir.

*** 17:14

Türkiyənin Rize şəhər Polis idarəsinin rəisi Altuğ Verdi polis məmurunun açdığı atəş nəticəsində ölüb. Bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib. Onun sözlərinə görə, polis məmurunun açdığı atəş nəticəsində rəisin iki cangüdəni də yaralanıb.  Nazir deyib ki, polis əməkdaşlarından faktla bağlı ifadə alınır. Hadisənin başvermə səbəbi araşdırılır. Hadisəni törətməkdə şübhəli bilinən polis əməkdaşı tutulub.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh