Yol polisi Şəkidə maarifləndirmə tədbirlərini davam etdirir - FOTO

Yol polisi 11 Dekabr 2018 20:16 Oxunub 1031
Yol polisi Şəkidə maarifləndirmə tədbirlərini davam etdirir - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hüquq mühafizə orqanlarının əməkdaşları məktəbliləri maraqlandıran sualları cavablandırıblar

Şəki Şəhər-Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Əbülfət Rzayevin göstərişi və nəzarəti altında rayonun ümumtəhsil məktəblərində eləcə də, universitet  və kolleclərdə "Gənclər narkomaniyaya yox deyir", "Dini radikalizmə qarşı mübarizə hər birimizin borcudur", "Erkən nikah və onun fəsadları", "Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu" mövzularında tədbirlərin, tərtib edilmiş cədvəl üzrə keçirilməsi nəzərdə tutulmuşdur.

Növbəti tədbir, 11 dekabr 2018-ci il tarixdə Şəki şəhəri, 6 saylı tam orta məktəbdə keçirilib.

Tədbirdə, Şəki Şəhər Təhsil Şöbəsinin məsləhətçisi, Anar Məmmədov, Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev, Polis Şöbəsinin azyaşlılar üzrə inspektorları, polis baş leytenantı Anar Xalıqov və Səlim Səlimov, məktəbin direktoru Bəylər Süleymanov, hərbi müəllim, ehtiyyatda olan polkovnik İmran Salamov, digər müəllimlər və məktəbin yuxarı sinif şagirdləri iştirak ediblər.

Qeyd olunan mövzularla bağlı, hüquq mühafizə orqanlarının əməkdaşları çıxış edib ətraflı məlumatlar verərək, məktəbliləri maraqlandıran sualları cavablandırıblar.

Polis baş leytenantı Tural Niftalıyev, məktəbin direktoru Bəylər Süleymanova, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırlanmış ibtidai siniflər üçün dərs vəsaiti olan “Yol Hərəkətinin Əlifbası” kitabını hədiyyə edib.

Tədbirin yekununda, məktəbin direktoru Bəylər Süleymanov və hərbi müəllim, ehtiyyatda olan polkovnik İmran Salamov bu cür maarifləndirici tədbirin keçirilməsinə görə, hüquq mühafizə orqanlarının əməkdaşlarına öz minnətdarlıqlarını bildiriblər.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh