Bakıda qoşa xətti minənlər – FOTO

Xəbərlər 17 Fevral 2015 19:08 Oxunub 31741
Bakıda qoşa xətti minənlər – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yolda bir az sıxlıq yaranan kimi qayda pozmaq məsuliyyətdən azad etmir

Bakıda əksər sürücələr yolda bir balaca sıxlıq yaranan kimi qarşı yola çıxmağı, qoşa xəttin tələbini pozmağı, svetoforun qırmızı işığında keçməyi adi hala çeviriblər. Oxuculardan birinin Avtosfer.az-a göndərdiyi fotolardan da göründüyü kimi, ağ rəngli «Jeep» markalı avtomobil Sabunçu-Zabrat yolunda qoşa xəttin üstü ilə hərəkət edir. Bu isə kobud qayda pozuntusudur. Qoşa xəttin tələbini qismən pozaraq, yəni, təkərlərin ikisi əks yola çıxıbsa, İnzibati Xətalar Məcəlləsində 60 manat, 3 bal cərimə nəzərdə tutulur. Qoşa xəttin tələbini pozaraq tam əks yola çıxmaq üçün isə 100 manat və 4 cərimə balı nəzərdə tutur.

Fotolardan göründüyü kimi, qırmızı rəngli «Mersedes» markalı avtomobil də qoşa xəttin tələbini pozaraq geriyədönmə əməliyyatı apırır. Belə halda 3 bal, 60 manat cərimə nəzərdə tutulur.

Onu da qeyd etmək yerinə düşər ki, yolda sıxlıq yarandıqda hansısa qayda pozuntusu sürücünü inzibati məsuliyyətdən azad etmir.

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh