Yol polisi sürücünü saxladı, amma səbəbini bilmədi - VİDEO

Yol polisi 12 Dekabr 2018 00:35 Oxunub 2027
Yol polisi sürücünü saxladı, amma səbəbini bilmədi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əməkdaş onu saxlayaraq əlavə narahatçılığa və vaxt itkisinə səbəb olub

Sürücü Seymur Babayev Avtosfer.az-a öz avtomobilində olan videoregistratorla çəkilmiş videogörüntünü göndərib. Videodan da göründüyü və sürücünün bildirdiyi kimi, dekabrın 10-da təxminən saat 21:30 radələrində hərəkətdə olarkən YPX əməkdaşı onu saxlayıb. Əvvəlcə heç bir səbəb bildirmədən sənəd tələb edib. Sürücü saxlama səbəbini soruşduqdan sonra "texpasport" tələb edib və səsgücləndirici haqda məlumat soruşub. Halbuki səsgücləndirici barədə texpasportda heç bir məlumat olmur. Daha sonra sistemdə sürücünün şəxsiyyətinin doğruluğunu yoxlayıb. Sürücünün özünə də maraqlı qalıb ki, görəsən niyə və nə üçün qaydaları pozmadığı halda əməkdaş onu saxlayaraq əlavə narahatçılığa və vaxt itkisinə səbəb olub?
Avtosfer.az görüntüləri təqdim edir.

 

Kənan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh