Ulu öndərin anım günündə yol polisləri üçün tarix dərsi – FOTO

Yol polisi 12 Dekabr 2018 00:47 Oxunub 2013
Ulu öndərin anım günündə yol polisləri üçün tarix dərsi – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nüşrəvan Səfərov: “Ulu öndərin polisin faəliyyətinə verdiyi dəyəri heç vaxt unutmayacağıq”

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin akt zalında Ulu öndər Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib. Avtosfer.az xəbər verir ki, tədbirdə Bakı şəhər DYPİ-nin rəisi, polis polkovniki Nüşrəvan Səfərov, Baki Dövlət Universiteninin tarix fakültəsinin dekanı, professor Azad Rzayev, idarənin rəhbər heyəti və YPX əməkdaşları iştirak edib.


Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra DYP rəisi Nüşrəvan Səfərov çıxış edərək bildirib ki, Heydər Əliyevin şərəfli ömür yolu olduqca zəngindir və bu barədə günlərlə danışmaq azdır: “Heydər Əliyevin həyatı, dövlət üçün, xalq üçün atdığı addımlar, gördüyü işlər bütün polis əməkdaşlarına zəngin nümunədir. Ulu öndərin polisin faəliyyətinə verdiyi dəyəri heç vaxt unutmayacağıq. Onun həyat yolunu əməkdaşlarımız öyrənir və bizim üçün qoyub getdiyi zəngin irsi hər zaman hiss edirik”.


Tədbirdə geniş məruzə ilə çıxış edən tarixçi alım Azad Rzayev bildirdi ki, Heydər Əliyev uzaqgörən siyasətçi idi: “Mən onu əvəzolunmaz şahmatçıya bənzədirəm. Çünki o, oyun başlamazdan əvvəl necə başa çatacağını bilirdi. O təkcə Azərbaycanda deyil, 250 milyonluq SSRİ miqyasında tanınırdı və onun nə vaxtsa SSRİ-yə rəhbərlik edə biləcəyindən ehtiyat edirdilər. Məhz bu səbəbdən Heydər Əliyev Qarbaçovun hakimiyyəti illərində istefa verməli oldu. Çox təəssüflər olsun ki, onun Azərbaycana gəlməsinə imkan vermirdilər. O da Naxçıvana getdi, burada öz həyatını yaşayırdı. Lakin tarix elə gətirdi ki, o yenidən siyasi həyata qayıtdı və Naxçıvan Ali Məclisinə sədr seçildi, Azərbaycanın üçrəngli bayrağınə qəbul etdirdi, nəhayət, Bakıya gəldi, Ali Sovetin sədri, sonra isə prezident seçildi. Amma yenə də ona əngəl olanlar var idi. Azərbaycanı parçalamaq istəyirdilər. Mən tarixdə ilk dəfə məhz Heydər Əliyevin xalqa müraciət etdiyinin, xalqla məsləhətləşdiyinin şahidi olmuşam. Bunun nəticəsidir ki, bu gün Heydər Əliyev xalqın qəlbində yaşayır”.


Tarixçi alim Heydər Əliyevin hüquq-mühafizə orqanlarında keçdiyi şərəfli yoldan danışaraq bu yolun polislər üçün də maraqla araşdırlmasının və öyrənilməsinin vacibliyini önə çəkib. Sonda isə professor Azad Rzayev YPX əməkdaşlarının Heydər Əliyevin həyatı və fəaliyyəti ilə bağlı suallarını cavablandırıb.

 

Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh