Çində 2035-ci ilədək 216 yeni hava limanı istifadəyə veriləcək

Gündəm 12 Dekabr 2018 23:15 Oxunub 800
Çində 2035-ci ilədək 216 yeni hava limanı istifadəyə veriləcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda Çində 234 mülki hava limanı istifadədir

Çində artan sərnişin tələbatı nəzərə alınaraq, 2035-ci ilədək 216 yeni hava limanı tikilib istifadəyə veriləcək. Avtosfer.az Azərtac-a istinadən bildirir ki, bu barədə Çin Mülki Aviasiya Administrasiyasının ölkənin mülki aviasiya sahəsinin inkişafı ilə bağlı hesabatında qeyd olunub. Proqnozlara əsasən, Çin 2035-ci ilədək hava nəqliyyatından istifadə edən sərnişinlərin sayına görə ABŞ-ı qabaqlayaraq, qlobal liderliyə yüksələcək. Dünyada hava nəqliyyatından istifadə edən sərnişinlərin hər 4 nəfərindən biri Çin vətəndaşı olacaq.

Qeyd edək ki, hazırda Çində 234 mülki hava limanı istifadədir. Ötən il Çin hava limanlarının xidmətindən 552 milyon sərnişin istifadə edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh