Tərtərdə partlayış zamanı yaralananlardan ikincisi də xəstəxanada ölüb

Gündəm 12 Dekabr 2018 07:15 Oxunub 782
Tərtərdə partlayış zamanı yaralananlardan ikincisi də xəstəxanada ölüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır

Noyabrın 29-da Tərtər rayonunda yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış zamanı xəsarət alan şəxslərdən ikincisi də keçinib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, Seymur Rzayev Bakıda müalicə aldığı Respublika Yanıq Mərkəzində dünyasını dəyişib. Onun müalicəsi xəstəxanada bir neçə gün davam etsə də, həkimlər həyatını xilas edə bilməyiblər. Faktla bağlı Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh