Gəncədə orta məktəbin zirzəmisində 161 ədəd patron tapılıb - FOTO

Gündəm 12 Dekabr 2018 07:31 Oxunub 950
Gəncədə orta məktəbin zirzəmisində 161 ədəd patron tapılıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində

Gəncədə orta məktəbin zirzəmisində 161 ədəd patron tapılıb. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Avtosfer.az-a verilən məlumata görə, bu gün saat 16:32-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 16:46-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Gəncə şəhəri, Kəpəz rayonu ərazisində partlamamış hərbi sursatın tapılması barədə məlumatlar daxil olub. Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə təmirə dayandırılmış 7 saylı tam orta məktəbin zirzəmisinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 161 ədəd 7.62 mm-lik patron aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Patronların ətrafında 100 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh