Azərbaycan vətəndaşı Dağıstanda tanışını qətlə yetirib

Gündəm 12 Dekabr 2018 07:45 Oxunub 1476
Azərbaycan vətəndaşı Dağıstanda tanışını qətlə yetirib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bğalı araşdırma aparılır

Dağıstan Respublikasının Məhərrəmkənd rayonu ərazisində Azərbaycan vətəndaşı qətl hadisəsi törədib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının respublika üzrə İstintaq Komitəsinin məlumatında deyilir. Bildirilir ki, 48 yaşlı azərbaycanlıya qarşı Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi üzrə cinayət işi açılıb. İstintaqın fərziyyəsinə görə, dekabrın 10-u yerli vaxtla saat təqribən 15:00-da şübhəli şəxs münaqişə zəminində 50 yaşlı rayon sakininin döş nahiyəsinə 3 bıçaq zərbəsi vurub. Zərərçəkmiş hadisə yerində ölüb. Hadisəni törədən şəxs sərxoş vəziyyətdə olub. O, saxlanılıb. Faktla bğalı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh