Əmisinin gəlinini qaçıranı öldürən şəxslə bağlı qərar verildi

Gündəm 12 Dekabr 2018 10:42 Oxunub 933
Əmisinin gəlinini qaçıranı öldürən şəxslə bağlı qərar verildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qərara əsasən, vəsatət təmin olunmayıb

Quba rayon Məhkəməsində əmisinin gəlinini qaçıran Elşad Əsədovun qətlində ittiham olunaraq həbs edilən Zabit Yolçiyevin həbsdən azad edilməsi barədə verdiyi vəsatətə baxılıb.

Avtosfer.az-ın oxu.az-a istinadən xəbərinə görə, hakim Xəqani Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Zabit Yolçiyevin vəsatəti üzrə qərar elan edilib.

Qərara əsasən, vəsatət təmin olunmayıb. 

Qeyd edək ki, Quba rayon Məhkəməsinin qərarı ilə qaçırılan gəlinin əri Şahmar Əsədov, gəlinin atası Sadiq Dadaşov, onun qohumları Zabit Yolçuyev, Mətləb Muradov, Pərviz Əsədov və Nazim Mikayılovun barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İstintaq orqanı tərəfindən təqsirli bilinən şəxslərin barəsində 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Xatırladaq ki, Quba rayon sakini Elşad Əsədovu qohumları – Sadiq Dadaşov, Elman Muradov və Mətləb Muradov tərəfindən döyülərək öldürülüb.

Hadisə qısqanclıq zəminində baş verib.

Belə ki, Elşad Əsədov bir neçə gün əvvəl Sadiq Dadaşovun qızı Aynur Əsədovanı qaçırıb.

Bildirilir ki, Aynur Əsədova öz razılığı ilə Elşad Əsədov tərəfindən qaçırılıb. Aynur Əsədova Elşad Əsədovun əmisinin gəlini olub.

Bu qaçırılma olayından sonra Sadiq Dadaşov, Elman Muradov və Mətləb Muradov Elşad Əsədovu tutublar, əvvəlcə onu döyüblər, sonra videoya çəkiblər. Ağır bədən xəsarəti alan Elşad Əsədov vəfat edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh