Oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb - Sumqayıtda

Gündəm 12 Dekabr 2018 11:40 Oxunub 860
Oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb - Sumqayıtda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Araşdırmalar aparılır

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhərində ayrı-ayrı vaxtlarda evlərdən, mağazalardan və avtomobillərdən oğurluqlar etməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb. DİN Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2 evdən və 1 mağazadan təmir-tikinti alətləri, pəncərə çərçivəsi və tütün məmulatı oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Tərlan Cəfərov, 2 avtomobildən, 1 qadının çantasından pul, yaddaş kartı, videoqeydiyyat qurğusu və 4 ədəd təkər oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Samir İsayev, 3 evdən pul, velosiped və geyim əşayaları oğurlamış, 1 nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən şəhər sakini Gülmirzə Şəfiyev, 2 avtomobildən pul və akkumulyator oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil Əhmədov saxlanılıblar. Araşdırmalar aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh