Maşınını satdı, polisə “oğurlanıb” dedi

Gündəm 12 Dekabr 2018 12:01 Oxunub 1063
Maşınını satdı, polisə “oğurlanıb” dedi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Araşdırma aparılır

Ağsu Rayon Polis Şöbəsinə müraciət edən Abbasxanlı kənd sakini Vüqar Əsədov dekabrın 7-nə keçən gecə kənd ərazisindən “VAZ-21074” markalı avtomobilinin qaçırıldığını bildirib. DİN Mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən əməliyyat tədbirlərinə başlanılıb. Araşdırmalar zamanı V.Əsədovun polisə yalan məlumat verdiyi müəyyən edilib. Belə ki, onun qeyd edilən avtomobili Garıs-Əyribənd kənd sakini R.Dəmirovun həyətində hissələrə doğrayaraq satması, habelə polisə yalan məlumat verməsi müəyyən edilib. Əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən avtomobilin ban nömrəsi və dövlət qeydiyyat nişanları polis əməkdaşları tərəfindən R.Dəmirovun həyətindən aşkar edilərək götürülüb. Araşdırma aparılır.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh