Bakıda şəxsdən narkotik və qumbara götürülüb

Gündəm 12 Dekabr 2018 12:37 Oxunub 819
Bakıda şəxsdən narkotik və qumbara götürülüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Polis əməkdaşları tərəfindən saxlanılan şəxsdən narkotik, evindən isə qumbara aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Sərxan Çobanov saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan marixuana və güclü təsiredici xüsusiyyətə malik olan metamfetamin aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun Bakıxanov qəsəbəsindəki yaşadığı evdən “F-1” qumbarası da aşkar edilərək polis əməkdaşları tərəfindən götürülüb. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh