Şəki yol polisi maarifləndirmə tədbirlərini davam etdirir - FOTO

Yol polisi 13 Dekabr 2018 00:00 Oxunub 2486
Şəki yol polisi maarifləndirmə tədbirlərini davam etdirir - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DYP 9 saylı Beynəlmiləl tam orta məktəbdə olub

Şəki şəhər Dövlət Yol Polisi Bölməsi 9 saylı Beynəlmiləl tam orta məktəbdə maarifləndirici tədbiri keçirib. Avtosfer.Az xəbər verir ki, tədbirdə Şəki Şəhər Təhsil Şöbəsinin məsləhətçisi, Anar Məmmədov, Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev, Polis Şöbəsinin azyaşlılar üzrə inspektorları, polis baş leytenantı Anar Xalıqov və Səlim Səlimov, məktəbin direktoru İntizar Abdullayeva, digər müəllimlər və məktəbin yuxarı sinif şagirdləri iştirak ediblər.

 

Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin anım günü münasibətilə onun əziz xatirəsini 1 dəqiqəlik sükut ilə yad ediblər.

 

Daha sonra, qeyd olunan mövzularla bağlı, hüquq mühafizə orqanlarının əməkdaşları çıxış edib ətraflı məlumatlar verərək, məktəbliləri maraqlandıran sualları cavablandırıblar.

 

Polis baş leytenantı Tural Niftalıyev, məktəbin rəhbərliyinə, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırlanmış ibtidai siniflər üçün dərs vəsaiti olan “Yol Hərəkətinin Əlifbası” kitabını hədiyyə edib.

 

Tədbirin yekununda, məktəbin direktoru İntizar Abdullayeva bu cür maarifləndirici tədbirin keçirilməsinə görə hüquq mühafizə orqanlarının əməkdaşlarına öz minnətdarlığını bildirib.

 

Fərid

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh