13 yaşlı məktəbli qızı avtomobili vurub - Bərdədə

Qəzalar 13 Dekabr 2018 07:16 Oxunub 887
13 yaşlı məktəbli qızı avtomobili vurub - Bərdədə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı rayon Polis şöbəsində araşdırma aparılır

Bərdə rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, rayonun Bakı küçəsində yerli sakin Şamxal Abdullayevin idarə etdiyi "Hyundai" markalı avtomobil yolu keçmək istəyən rayon sakini, 2005-ci il təvəllüdlü Əliyeva Şölə Elçin qızını vurub. Müxtəlif bədən xəsarətləri alan piyada qəza törədən sürücü tərəfindən xəstəxanaya çatdırılıb. Qeyd edək ki, 13 yaşlı Ş.Əliyeva 7 sinif şagirdidir. Hadisə o, hazırlıqdan çıxıb evə gedərkən baş verib. Faktla bağlı rayon Polis şöbəsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh