Patrul maşını partladıldı: iki polis öldü

Gündəm 13 Dekabr 2018 07:45 Oxunub 983
Patrul maşını partladıldı: iki polis öldü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şəxs hadisə yerindən qaçıb

Rusiyanın İnquş Respublikasının Nazran şəhərində polis patrul maşınının partladılması nəticəsində iki polis əməkdaşı ölüb. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, ağır yaralanan polislərdən biri xəstəxanaya aparılarkən yolda, digəri isə xəstəxanada ölüb. Bildirilir ki, yerli vaxtla saat 18.30-da naməlum şəxs polis patrul maşınına qumbara atıb. Həmin şəxs hadisə yerindən qaçıb. İlkin məlumata görə, polis əməkdaşları özlərini şübhəli aparan iki nəfərin sənədlərini yoxlamaq istəyiblər. Lakin onlar qaçıb gizlənə biliblər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh