Türkiyə vətəndaşı Bakıda piyadanı vurdu

Qəzalar 13 Dekabr 2018 09:52 Oxunub 761
Türkiyə vətəndaşı Bakıda piyadanı vurdu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Bakıda Türkiyə vətəndaşı qəza törədib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə paytaxtın Xətai rayonunda baş verib. Rayonun X.Rüstəmov küçəsi, 7 saylı ünvanın qarşısında Türkiyə vətəndaşı, 1981-ci il təvəllüdlü Çelik Sinan İmam oğlu idarə etdiyi "Audi" markalı 90-GX-991 dövlət nömrə nişanlı avtomobillə yolu keçən Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü Mehdiyeva Güləzər Qismət qızını vurub. Yaralı qapalı kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh