İcra başçısının müavinin oğlu yol polisini vurdu? – AÇIQLAMA

Gündəm 13 Dekabr 2018 10:15 Oxunub 1613
İcra başçısının müavinin oğlu yol polisini vurdu? – AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə bir neçə gün bundan əvvəl rayonun Heydər Əliyev prospektində baş verib

Masallı rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, bu barədə a24.az-ın əldə etdiyi məlumata görə, hadisə bir neçə gün bundan əvvəl rayonun Heydər Əliyev prospektində baş verib. Belə ki, yüksək sürətlə hərəkətdə olan minik avtomobili Yol Patrul Xidmətinin əməkdaşını vurub. Nəticədə polis serejantı ağır yaralanıb. Yaralı dərhal Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Qəza törədən sürücünün Masallı rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarovanın oğlu olduğu bildirilir. Məsələ ilə bağlı Masallı Rayon İcra Hakimiyyətindən A24.az-a bildirilib ki, yayılan məlumatlar əsassızdır: “Bu məlumat əslində yalan və şayiələrdən ibarətdir. Eyni zamanda, bu şayiə çoxdandır yayılıb. Heç bir həqiqəti əks etdirmir. Aybəniz Qafarovanın oğlu nə qəza törətməyib, nə də adam vurmayıb. Kiminsə A.Qafarova ilə qərəzliyi var ki, onunla ədavət aparır”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh