Saatlıda qanunsuz ov edən şəxslər saxlanılıb

Gündəm 13 Dekabr 2018 11:05 Oxunub 899
Saatlıda qanunsuz ov edən şəxslər saxlanılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Araşdırma aparılır

Saatlı rayonunda qanunsuz ov edən şəxslər saxlanılıb. Bu barədə DİN Mətbuat xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a bildirilib.  Belə ki, dekabrın 12-də qanunsuz ov etdiklərinə görə 3 nəfər Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar. Araşdırmalarla onların Saatlı rayon sakinləri Emin Cəfərov, Raqif Sarıyev, Taleh Cəfərov olduqları müəyyən edilib.  Onlardan “MÇ-2112”, “İJ-58” və “İJ-27” markalı 3 ədəd ov tüfəngləri və 15 ədəd patron, habelə ovladıqları 10 ədəd göyərçin quşu götürülüb. Araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh