Bərdədə 15 yaşlı qız qaçırılıb

Gündəm 13 Dekabr 2018 11:10 Oxunub 904
Bərdədə 15 yaşlı qız qaçırılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır

Bərdə rayonunda 15 yaşlı qız evlənmək məqsədi ilə qaçırılıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hadisə rayonun Şorəlli kəndində baş verib. Belə ki, kənd sakini 2003-ci il təvəllüdlü Ş.H. həmyerlisi İsmayılov Habil Eyvaz oğlu tərəfindən evlənmək məqsədilə qaçırılıb. Hadisədən xəbər tutan qızın valideynləri dərhal polisə məlumat veriblər. Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları 8-ci sinif şagirdini qaçırmaqda şübhəli bilinən H.İsmayılovun saxlanılması üçün əməliyyat axtarış tədbirlərinə başlayıb. Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh