Avtomobildən 8 kiloqramdan çox tiryək aşkarlanıb - Biləsuvarda

Gündəm 13 Dekabr 2018 11:37 Oxunub 812
Avtomobildən 8 kiloqramdan çox tiryək aşkarlanıb - Biləsuvarda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır

Ötən gün Biləsuvar rayonunda polis əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb. DİN-in mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, dekabrın 11-də daxil olmuş məlumat əsasında Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Xırmandalı kəndi ərazisində “Ford-transit” markalı avtomobil saxlanılıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayon sakini Şahin Qəfərovun idarə etdiyi həmin nəqliyyat vasitəsindən çəkisi 8 kiloqram 55 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh