Aptekə basqın edərək qadını hədələyən şəxsin ibtidai istintaqı başa çatıb

Gündəm 13 Dekabr 2018 12:01 Oxunub 865
Aptekə basqın edərək qadını hədələyən şəxsin ibtidai istintaqı başa çatıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məhkəmənin vaxtı hələlik açıqlanmayıb

Bakıda aptekə basqın edib, qadını hədələyən Fuad Zeynallının cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Əfqan Əliyevin icraatına verilib. Məhkəmənin vaxtı hələlik açıqlanmayıb. Zərərçəkmiş qismində Elnarə Həsənova tanınır.

Qeyd edək ki, bu il iyulun 22-də saat 23 radələrində Nəsimi rayonu ərazisindəki apteklərin birində naməlum şəxsin satıcını bıçaqla hədələyərək kassa aparatından 900 manat pul aparması barədə DİN-in "102 - Zəng Mərkəzi" Xidmətinə müraciət daxil olub. Məlumatla əlaqədar Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 19-cu Polis Şöbəsinin (PB) əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Gədəbəy rayon sakini, əvvəllər məhkum olunmuş Fuad Zeynallı olduğu müəyyən edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh